Neftin və dolların bu günə qiyməti

Dünya bazarlarında neftin qiymətində düşmə müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, dünən 28.94 dollar olan “Brent” markalı neftin qiyməti ucuzlaşaraq, 28.17 dollar olub.

“Texas” markalı neftin qiyməti də ucuzlaşıb. Belə ki, ötən gün səhər 29.42 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 28.82 dollarda qərarlaşıb.

Mənbə: Bloomberg

“AzəriLayt” markalı neft isə bir barelin qiyməti 31,54 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi oynamalarla stabillik müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 35,06 dollardır. Platinin 1 qramı 26.68 dollar, Palladiumun 1 qramı isə 15.89 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Mənbə: Bloomberg

Yanvarın 15-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində olub. Euronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Euro 1.7097 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0206 manata yüksəlib. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2628 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5182 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 18.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5870 səviyyəsində müəyyən olunub.

Mənbə: Azərbaycan Mərkəzi Bankı …read more

From:: ANS