Futbol qarşılaşması sadəcə 5 dəqiqə davam etdi (FOTO)

Türkiyədə “Spor-Toto” super liqası çərçivəsində İstanbul “Fatih Terim” stadionunda keçirilən “Beşiktaş” – “Mersin-idmanyurdu” qarşılaşması təxirə salınıb. ANS PRESS-in məlumatına görə buna, İstanbul şəhərində yağmağa başlayan intensiv qar səbəb olub.

Bildirilir ki, qarşılaşmanın 6-cı dəqiqəsində futbol meydanındakı xətlərin görünməməsi səbəbindən hakim oyunu dayandırıb. Stadion əməkdaşları qarı təmizləməyə çalışsa da intensiv yağıntı səbəbindən bu mümkün olmayıb. Futbolçuların da hakimə, bu havada oyun mümkün olmayacaq deməsindən sonra qarşılaşma təxirə salınıb.

Prosedura görə qarşılaşmanın 24 saatdan sonra dayandırıldığı yerdən davam etməsi lazım gəlsə də intensiv qar sabah da davam edəcəyi üçün Türkiyə Futbol Federsiyası (TFF) mübarizənin gələcəkdə, hər hansı tarixdə keçirilməsinə qərar verib.

…read more

From:: ANS