“Cənub-qərb maşrutu ideyası Azərbaycana aiddir” (VİDEO)

Neft erası bitir. Azərbaycanı postneft dövründə saxlamalı olan əsas sərvət necə deyərlər yola tökülüb. Amma əslində yola tökülən bu pulları yığmaq o qədər də asan deyil. Amma lazımdı.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovla bu barədə danışdıq.

– Cavid müəllin bu həftə çox gərgin və eyni zamanda zəngin oldu. İran, Azərbaycan, Gürcüstan, Ukrayna vahid tarif sazişi imzalandı.

– Bizim əsas məqsədimiz nədən ibarət idi? Birinci olaraq biz Azərbaycanda keçməklə ilk dəfə olaraq yeni maşrutu müəyyən etdik və bu maşrutu Azərbaycan brendi olaraq adlandırdıq. Artıq cənub-qərb maşrutun ideyası Azərbaycana aiddir. İndiyə qədər şimal-cənub, şərq-qərb maşrutları, kolidorlar vardı. İndi isə bizim müəyyən etdiyimiz cənub-qərb maşrutu Hindistandan başlayaraq Bəndər Abbasa gəlir ordan Astara vasitəsi ilə keçir Böyük Kəsik Gürcüstan və ordan da Qara dənizə – Poti və Batumi limanlarına çıxır. Bu limanlara çıxandan sonra oradan da paylanır. Bununla yanaşı biz həm də burda şimal–çənub dəhlizinin inkişafı ilə bağı danışıqlar aparırdıq. Qeyd edim ki, uzun bir müddətdir bu istiqamətdə danışıqlar gedir. Bu isə İran Körfəzinin Baltik dənizi ilə birləşməsi deməkdir.

– Maşrutların müəyyənləşdirilməsi ilə yanaş yeni yolların salınması da var bunları içərisində?

– Burda bizim çatışmayan yerlərimiz var. O çatışmayan Astaradan Astara sərhəddinə qədər olan yerdir. Bu isə həmin ərazidə körpünün tikilməsi ilə əlaqədardır. Biz tərəfdən 7, 5 km-dir, 100 metrlik bir körpüdür. Amma İran tərəfdə Astaradan Rəşdə qədər olan məsafə 150 km-dir. Hazırda layihə işləri gedir. Hələlik orada tikinti işlərinə başlanılmayıb. Amma Rəşd-Qəzvin arasında 183 km-lik hissəsini iranlılar, artıq torpaq yatağında işləri bitiriblər. Bir də ki, yükləri İranın Əmirabad limanından bərə vasitəsi ilə Ələtə və ordanda dəmir yolu vasitəsi ilə həm Gürcüstana, həm də Rusiyaya ötürmək olar.

Bununla bağlı Azərbaycan Gürcüstan dəmir yolları ilə birlikdə İranın dəmir yollarındakı texniki məsələlərin həllin öz üzərimizə götürdük. Belə ki, sözügedən limandan Xəzər dənizi vasitəsilə ya bizim, ya da …read more

From:: ANS