Müxalifətdən növbədənkənar seçki tələbi (VİDEO)

Moldovada hökumət əleyhinə olan növbəti nümayiş keçirilb.

ANS TV-nin Moldova televiziyasına istinadən verdiyi məlumata görə, kütləvi aksiyanı müxalifət yönümlü “Bizim Partiya” təşkil edib. Etirazçılar paytaxt Kişinyovun mərkəzi küçələrindən parlament binasının önünə qədər yürüş ediblər.

Aksiya iştirakçıları ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Eyni zamanda, “Demokrat Partiyası”nın sədri Pavel Filipin baş nazir postuna namizəd göstərilməsinə qarşı çıxıblar. Pavel Filipin namizədliyini Moldova prezidenti irəli sürüb.

Paralel olaraq, Sosialist Partiyası, “Həqiqət və ləyaqət” Vətəndaş Hərəkatı da mitinq keçirib.

Sosialist Partiyasının mitinqində aksiyada 20 minədək etirazçının iştirak etdiyi bildirilir. Hər iki mitinqdə eyni tələblər irəli sürülüb.

…read more

From:: ANS