İstanbuldan Bakıya uçuşlar dayandı

Sabah Türkiyənin İstanbul şəhərindəki Atatürk və Sabiha Gökçen hava limanlarından Azərbaycana gələcək aviareyslər ləğv edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türk Hava Yollarının (THY) rəsmi internet saytında bildirilib. Məlumata görə, sabah gözlənilən meteoroloji qar çovğunu ilə bağlı İstanbuldakı Atatürk və Sabiha Gökçen hava limanlarında daxili və xarici hətta planlaşdırılan 246 aviareys ləğv edilib. Həmçinin 18 yanvar 2016-cı il tarixində saat 08:15 və 14:30-da İstanbuldan Bakıya gələn Türk Hava Yollarına məxsus 2 aviareys də ləğv edilib.

Amma Heydər Əliyev Beynəlxalq Aeroportunun informasiya mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 18 yanavar 2016-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 14:35-də İstanbula qalxmalı olan aviareysin ləğv edilməsi ilə bağlı hər hansı bir məlumat daxil olmayıb.

Türkiyənin yerli metroloji hava bürosunun verdiyi məlumatlara görə, İstanbulda 10 ilin ən güclü çovğun xəbərdarlığı edilib. Zəruri olan halda yalnız ictimai nəqliyyatdan istifadə edilməsi məsləhət görülür.

Türkiyənin ən böyük avia şirkəti olan Türk Hava Yolları 2014-cü ilin yanvar-oktyabr aylarında 46,2 milyon sərnişinə xidmət göstərilib. Sərnişin sayı 2015-ci ilin eyni dövründə 12,1% artımla 51,8 milyona çatıb. …read more

From:: ANS