Neft indi özünü bizə qarşı düşmən kimi aparır (VİDEO)

Bu həftə Azərbaycanın bir neçə rayonunda demək olar ki, eyni vaxtda lokal narazılıq dalğaları baş qaldırdı. Əlbəttə bunun birinci səbəbi heç şübhəsiz ki, camaatın birdən birə düşdüyü ağır vəziyyətdir.

Beynəlxalq böhran Azərbaycandan yan keçmədi. Böhran neft xumarında uymuş azərbaycanlıları qəfil yaxaladı. Bir yandan da məmur özbaşınalığı, inhisarçılığı, daha doğrusu ona son qoymaq üçün atılan addımları… Amma buna qədər icazə verin sizə bir sual verim:

Həzərat, nə baş verib? Dolların kursu qalxıb, manatın kursu aşağı düşüb… və biz artıq müharibə vəziyyətində yaşayan bir ölkəyə, hər dəqiqə, hər an öz həyatını qurban verməyə hazır olduğunu bəyan edən xalqa əsla oxşamırıq. Amma biz yaşlılarımızdan eşitmişik ki, II dünya müharibəsində nələr yeməmişik:

Elə Qarabağ müharibəsində də vəziyyət çox pis idi. Hətta un, çörək tapmaq da olmurdu. Biz o günlərdən keçib gəlmişik. Bu fəlakətlərdən sonra Allah rəhmət eləsin, Heydər Əliyev gəldi, neft müqavilələri imzalandı və ölkəyə neft pulları daxil olmağa, Azərbaycan zənginləşməyə başladı. Əmin-amanlıq yarandı.

Yadımdadır, 90-cı illərdə Bakıdan Nasosnıya gedəndə böyük bir səhralıqdan keçib getmək lazım gəlirdi. İndi isə buralarda ev əlindən barmaq basmağa yer yoxdur. Hətta insanlar dağların başında yurd-yuva salırlar… Yəni neft pullarından sadə insanlar da xeyir görməyə başladılar.

Qaçqınlar vaqonlardan, çadır şəhərciklərdən normal mənzillərə köçürüldülər. Zavodlar, fabriklər işə düşdü. Çoxlu iş yerləri açıldı. Yeni iş yerləri ilə birlikdə işbazlar üçün də yerlər tapıldı. Və bu işbazların işi ya da bazlığı nəticəsində biz bütün kapitallara diqqət yetirdik. İnsan kapitalından başqa.

Dövlət başçısının kursu aydın idi. İş yerlərinin açılması, sosial rifah, regionların inkişafı, su, qaz, elektrikləşdirmə. O qədər işıqlandıq ki, başqa ölkələrə də işıq verməyə başladıq.

Sözsüz ki, Leninin məşhur “kadrlar hər şeyi həll edir!” hökmü həmişə qüvvədədir, bizdə də bütün işlər kimlərəsə həvalə edildi, tapşırıldı, kimlərsə bu tapşırıqları icra etdi, kimlərsə yox…

Məsələn, təhsil sahəsində buraxılmış səhvlər o qədər çoxaldı ki, mən şəxsən inanmıram ki, bu …read more

From:: ANS