Pensiyaçılara şad xəbər

“Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi ölkəmizdə davamlı makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edir”.

ANS PRESS-in məlumatına görə, bunu DSMF-in növbəti il üçün büdcəsi ilə bağlı açıqlamasında fondun sədri Elman Mehdiyev deyib.

DSMF sədri məlumat verib ki, fondun 2015-ci il üçün büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 mlrd. 56 milyon 285 min manat səviyyəsində nəzərdə tutulur ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.

Bildirilib ki, xərclərin qeyd edilən artımı əmək pensiyası üzrə 121,9 milyon manat, müavinətlər üzrə 5,5 milyon manat və digər xərclər üzrə isə 0,4 milyon manat təşkil edir. Fondun büdcəsinin gəlirlər hissəsindəki dəyişikliklər isə məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə 169,8 milyon manat artımdan və dövlət büdcəsinin transferti üzrə 42 milyon manat məbləğində azalmadan ibarətdir. E.Mehdiyev bu əsasda Fondun 2015-ci il üçün büdcəsində nəzərdə tutulan xərclər üzrə artımın və dövlət büdcəsi transferti üzrə azalmanın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını diqqətə çatdırıb.

E.Mehdiyev vurğulayıb ki, Fondun növbəti il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 36 faizə enəcək.
DSMF sədri Fondun 2015-ci ildə qeyri-büdcə üzrə gəlirlərinin artımının xüsusilə hədəfə alındığını qeyd edərək, həmin sahədən daxilolmalar üzrə cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımın nəzərdə tutulduğunu bildirib. Bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacağı vurğulanıb.

DSMF-nin 2015-ci il üçün xərclərinin 97,8%-i və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4%-ni və ya 2 milyard 910,5 milyon manatını pensiya xərcləri, 2,6%-ni və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Fond sədrinin sözlərinə görə, 2015-ci ildə pensiyaların baza hissəsinə …read more

From:: ANS