Məşhur aktyorun arvadından qalmaqallı açıqlama (FOTO)

Uill Smitin həyat yoldaşı builki “Oskar” mükafatının təqdimatı üçün aparılan işlərdən narazıdır.

ANS PRESS-in məlumatına görə, Cada Pinkett Smit bu il mükafata namizədlər arasında bircə nəfər belə qaradərili aktyor olmaması faktına görə məyus olub.

Bu məsələ ilə bağlı fikirlərini Cada öz “Facebook” səhifəsində paylaşıb:

“Hər zaman “Oskar” mükafatının təqdimat mərasimində tamaşaçıları əyləndirən və mükafatları paylayan qaradərili insanları görmək xoş olur. Lakin bizim yaradıcılıq uğurlarımızı nadir hallarda qiymətləndirirlər. Bəlkə bütün qaradərililərin “Oskar” mükafatından imtina etməsi daha yaxşı olar? İnsanlar bizə biz onlara imkan verdiyimiz kimi münasibət bəsləyirlər.”

Cada Pinkettin “Facebook” səhifəsi

Həqiqətən də, bu il “Oskar”a heç bir afro-amerikalının namizəd kimi seçilməməsi çoxlarını narahat edib. Buna görə hətta Twitterdə #OscarsSoWhite haştaqı da yaradılıb.

15 yanvar ilin “Oscar” namizədləri məlum olub. 88-ci Akademiya Mükafatının namizədləri “Beverly Hills”dəki “Samuel Goldwyn” Teatrında açıqlanıb.

“Beverly Hills”in xəritəsi

Aktyor Con Krasinski, Akademiya başçısı Şeril Bun Isaak və rejissor Guillermo del Toro ilə Ang Lee 24 kateqoriyada namizədlər barədə məlumat verib. …read more

From:: ANS