Qadın ayaqqabısına oxşar kilsə

Tayvanda tikilən yeni kilsə xüsusilə qadınların böyük marağına səbəb olub. Şzya şəhərində tikilən bu kilsə qadın ayaqqabısı – tufli şəkilindədir.

ANS PRESS-in məlumatına görə, kilsənin tikintisini şəhər meri həyata keçirib. Mer Zheng Ronfenganın fikrincə, yeni kilsə qadınların dini inanclarına xüsusi təsir göstərəcək.

“Çox fikirləşdik və sonda kilsənin bu cür qeyri-adi dizaynda inşasına qərar verdik. Məqsədimiz xüsusilə qadınları dinə cəlb etmək, eyni zamanda kilsəyə ziyarətə gələnlərin sayını artırmaqsır”.

Tayvandda kilsə

Hündürlüyü 19, eni 10 metr olan kilsə polad konstruksiyalardan hazırlanıb və 320 ədəd mavi rəngli şüşə panellə örtülüb. Kilsə 2 aya tikilib. Kilsənin açılışı fevral ayının ilk həftəsində olacaq.

Tayvandda kilsə …read more

From:: ANS