“Mənim sevgim birtərəfli idi, əgər ikitərəfli olsa idi…”

Rusiyanın məşhur ifaçısı Zemfira yaxın rəfiqəsi Renata Litvinovaya müsahibə verib.

ANS PRESS-in məlumatına görə, ifaçı çox nadir hallarda jurnalistlərə müsahibə verir. Zemfira ancaq etibar etdiyi adamlara şəxsi həyatı barədə danışır. “Numero” jurnalı Zemfiranın müsahibəsini dərc edib.

O, ilk sevgisindən və anası ilə qardaşının ölümündən danışıb:

“İlk sevgim yaxşı olmayıb , çünki birtərəfli olub. Bu zaman bütün bu çatışmazlıqları görürsən. Amma digər tərəfdən, nəsə öyrənirsən. Sən araşdırırsan və başa düşürsən ki, niyə sevmişəm. İnsan yaxşı idi , mən pis insanı sevmərəm, ancaq yaxşı insanları sevirəm. Əgər ikitərəfli olsa idi, onda tamamilə başqa cür olardı. Amma indi məni hər şey qanə edir”.

İfaçı bildirib ki, əvvəl uğurlarını qardaşı Ramilə həsr edirdi. Qardaşı öləndən sonra anasına həsr edib. Lakin anası da öləndən sonra sənətçi dərin depressiya düşüb. Zemfira hər konsertində anası ilə qardaşına salam göndərdiyini etiraf edib.

“Numero” jurnalı

Müğənni Zemfira başqırd-tatar əsilli musiqiçi, bəstəkardır. İfaçı ateistdir. Rok ifaçı 2012, 2013 və 2014-ci ildə Rusiyanın 100 ən nüfuzlu qadınından biridir. O, jurnalistlərlə və prodüserləri ilə sərt davranışı ilə seçilir.

Zemfira- “Nebo Londona” …read more

From:: ANS