İrəvanın buxovu çəkilir

Rusiya Ermənistanı növbəti dəfə buxova salmaq üçün yeni addım atır. Prezident Vladimir Putin deyib ki, bizim aktiv dəstəyimizlə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) humanitar mərkəzi şəbəkəsi yaradılacaq.

ANS PRESS-in TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə KTMT-nin ötən gün keçirilən iclasında Rusiya dövlət başçısı bildirib ki, onlardan birincisi Ermənistanda gələn ildə açılacaq, daha sonra isə Qırğızıstan ərazisində analoji mərkəz fəaliyyətə başlayacaq.

O, iclasın çətin dövrdə keçdiyini, dünyada vəziyyətin dinamik dəyişdiyini, köhnə problemlərin kəskinləşdiyini söyləyib: “Amma, təəssüf ki, meydana yeni problemlər çıxır və qlobal təhlükəsizlik sistemi deformasiyaya uğrayır. Bütün bunlar bütovlükdə ölkələrimizin və regionun təhlükəsizliyinin təmin olunmasına, KTMT-ya üzv dövlətlərdə terrorizmin, narkoticarətin, transmilli cinayətlərin, təbii və texnogen qəzaların qarşısının alınmasına əks təsir göstərir.”

V.Putin vurğulayıb ki, KTMT bu məsələlərin həlli üçün real imkanlara malikdir. …read more

From:: ANS