Borcu boğazını üzən erməni

Ermənistan bazarının ən iri avia daşıma şirkəti “Armavia” özünün tam müflisliyini elan edib. Səbəb ağır maliyyə durumudur.

İrəvanın “Jovoxurd ” qəzeti şirkətin borclarının siyahısını dərc edib və o, insanı heyrətə salır. “Armavia”nın 25 şirkətə böyük borcları var və onların içində xarici şirkətlər də yer alır. Şirkət öz keçmiş işçilərinə bir neçə ay əmək haqqı verməyib.

Şirkətin yalnız xarici valyuta ilə borcları 90 milyon dollar təşkil edir. Yerli valyuta dram ilə olan borclar bura daxil deyil, burada artıq hesab milyarlarla gedir.

Qəzetlər yazır ki, şirkət çox ümid edib ki, bu cür iri borcları ödəmək üçün dövlət ona yardım edəcək. Amma yoxlamalar göstərir ki, “Armavia” Ermənistan Respublikasına da borcludur. Bu borc bu günə kimi 41 milyard 350 milyon dram və 2 milyon dollar təşkil edir. Şirkətin bu borcların öhdəsindən necə gələ biləcəyi hələ də çox gizli olaraq qalır.

Avia daşıyıcının taleyi bütün respublika iqtisadiyyatının taleyinə oxşayır. Rusiya və Avropa Birliyindən, bir sıra xarici diasporlardan gələn maliyyə axınları azalıb və ölkənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına gözlənən ümidlər puça çıxdı.

Böhran günlərində məzənnəsi hər yarım saatda bir dəyişən milli valyuta dramın iflası da Ermənistanın iqtisadi böhrandan çıxacağına olan son ümidləri də yox etdi.

Buna görə də, qarşıdan gələn yeni 2015-ci il Ermənistan sakinləri üçün elə də xoş olmayacaq. …read more

From:: ANS