İŞİD Türkiyəyə hücum etdi

Suriyanın Azez əyalətində NEWS qarşı savaşan İŞİD terrorçuları Türkiyənin cənub-şərqində yerləşə Kilis vilayətindəki sərhədyanı hərbi posta atəş açıb.

ANS PRESS-in məlumatına görə, şəhid Məhməd postuna edilmiş hücum nəticəsində ölənlərin və yaralananların olmadığı bildirilir.Türkiyəli hərbçilər terrorçuların mövqelərinə artileriya zərbələri endirməklə qarşılıq verib.

Şənbə günü Suriyanın Türkiyə sərhədi yaxınlığında yerləşən 3 kəndində İŞİD-lə rəqib birləşmələr arasında döyüşlər intensivləşib. Suriyada yaralanan sakinlər təcili yardım maşınları ilə Kilis dövlət xəstəxanasına gətirilir.

Şahidlərin dediyinə görə, atəş səslərini Türkiyə sərhədində eşitmək olur.

Terrorçularım hücum etdiyi ərazi

Bu arada Kilisin Əlibəyli rayonunda Suriyadan Türkiyəyə qanunsuz yolla keçən 2-i azyaşlı olan 7 İŞİD döyüşçüsü həbs olunub. Sərhədçilər tərəfindən saxlanılan döyüşçülər ifadələrinin alınmasından sonra hüquq mühafizə orqanlarına təhvil verilib.

Türkiyədə İŞİD qruplaşması 2013-cü ildə terrorçu təşkilatlar siyahısına daxil edilib. Ölkədə indəyə kimi 3300-dən çox vətəndaş İŞİD və digər ekstrimist qruplaşmalarla əlaqələrinə görə istintiqa cəlb olunub.

Onlardan 847 nəfəri hazırda Türkiyə həbsxanalarında cəza çəkir. …read more

From:: ANS