Azərbaycan Premyer Liqasında rekord (VİDEO)

Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb.

ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadla verdiyi məlumata görə, buna XVIII turun Zaqatalada keçirilən “Simurq” – “Bakı” oyununda 7 qolun vurulması səbəb olub.

Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi görüşdə bu qədər qolun vurulması cari mövsüm üçün ən yüksək göstəricidir. Bunadək yalnız sentyabrın 19-da baş tutan “İnter” – “Bakı” görüşündə bu qədər qol qeydə alınmışdı. 5-ci turun qarşılaşmasında meydan sahibləri 7:0 hesabı ilə qalib gəlmişdi. Bu məhsuldarlıq 92 gündən sonra təkrarlanıb.

Qeyd edək ki, milli çempionatlar tarixinin ən məhsuldar oyununda 16 qol vurulub. 1996-cı il noyabrın 23-də baş tutan matçda “Kəpəz” “Şəmkir”ə qalib gəlib – 14:2.

Topaz Premyer Liqası, XVIII turda vurulan bütün qolları təqdim edirik:

…read more

From:: ANS