Tanınmış müğənniyə bir gündə ikiqat zərbə (VİDEO, FOTO)

Dünya şöhrətli müğənni Selin Dion bir gün ərzində iki sevimli yaxınını itirib.

ANS PRESS-in məlumatına görə, eyni gündə kanadalı müğənninin həyat yoldaşı və qardaşı xərçəng xəstəliyindən vəfat edib.

Əvvəl ifaçının 73 yaşlı əri Rene Anjelil dünyasını dəyişib. O səhərə yaxın Las Veqasdakı evində ölüb. Rene Anjelil Selin Dionun həm də meneceri idi. Cütlüyün 3 övladı var. Bunlar 14 yaşlı Rene Çarlz, 5 yaşlı əkizlər Nelson və Eddidir. Anjelilin digər münasibətlərdən də övladları olub – Ani Mari, Patrik və Jan Pyer.

Selin Dion və Rene Anjelil

İkinci zərbəni isə müğənni bir neçə saat sonra alıb. Onun 59 yaşlı qardaşı Daniel xərçəng xəstəliyindən vəfat edib. Danielin beyni, dili və boğazında xərçəng aşkar edilmişdi. Kədərli xəbəri jurnalistlərə Danielin və Selinın bacısı Klodett bildirib.

Selin Dion – “”My Heart Will Go On”

Kanadanın məşhur pop ifaçısı Selin Dion, onilliyin ən yüksək qonorar alan artisti hesab olunur. Bu haqda “Los Angeles Times” qəzeti, musiqiçilərin səfərlərindən və disk satışından əldə edilən gəlirləini hesablayarkən aşkarlayıb. Selin Dion həyat yoldaşından 26 yaş kiçik idi.

İfaçı musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur. O, 2004-cü ildə 175 milyon musiqi albomu satmaqla tarixdə ən çox albom satmış qadın sənətkara çevrildiyinə görə başda Dünya Musiqi Mükafatı olmaqla bir neçə mükafat qazandı. …read more

From:: ANS