Yeni rabitə naziri təyin edildi

Azərbaycana yeni rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bu barədə prezident İlham Əliyev sərəncam verib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısının sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Ramin Quluzadə ötən ilin noyabr ayının 25-də prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Həmin gün İlham Əliyevin sərəncamı ilə birinci müavin vəzifəsinə təyin edilən Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Bundan öncə adıçəkilən qurumda nazir vəzifələrini birinci müavin olan İltimas Məmmədov icra edib.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda çalışıb.

Ramin Quluzadə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib.

Müstəqil Azərbaycanın ilk rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub. Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib. 7 mart 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Əli Abbasov – keçmiş nazir …read more

From:: ANS