Həbs olunan icra nümayəndəsinin evindən odlu silah tapıldı

Həbs olunan Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin mənzilindən silah aşkar olunub.

Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, yanvarın 14-də hüquq mühafizə orqanlarına daxil omuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı şəhər Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd olunan cinayətin Şakir Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub və barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin saxlanılmasına rayon icra hakimiyyəti də münasibət bildirib.

Füzuli Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

“Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib.Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola …read more

From:: ANS