Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi

“Azərbaycan tərəfi cəbhə xəttində heç bir itki verməyib”. Bu barədə ANS PRESS-in sorğusuna Müdafiə Nazirliyinin verdiyi cavabda deyilir.

Nazirlik bəyan edir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.

“Düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.
Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.

Qeyd edək ki, bu gün bəzi erməni KİV-də Azərbaycan tərəfinin təmas xəttində iki itki verməsi barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

Bu gün Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib. Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil.
“Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər, prezidentin dediyi kimi, “torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır”. Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur”. …read more

From:: ANS