Oğlu Ceki Çanı utandırdı

Məşhur kino ulduz Ceki Çanın 31 yaşlı oğlu Ceysi Çan ın həbsi ilə bağlı məhkəmə qərarı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu ilin avqust ayında narkotiklərlə mübarizə idarəsi tərəfindən saxlanılan Ceysi atasını məyus edib.

Aktyorun oğlu barədə məhkəmə qərarı açıqlansa da onun nə qədər həbsə məhkum edildiyi hələlik bildirilmir.

“Tanınmış sima olaraq utanıram. Həm də ata olaraq özümü bərbad hiss edirəm”, deyə Ceki Çan oğlunun narkotikdən istifadə etməsini təəssüflə qarşılayıb.

Bu il Çində 10-a yaxın məşhur aktyor da narkotik əməliyyatı çərçivəsində saxlanılmışdı.

Ceysi Çan Los-Ancelesdə rəqs, aktyorluq və klassik gitarada ifa dərsləri alıb. 2004-cü ildə ilk albomunu buraxıb, altı il sonra daha bir albomu çıxıb. Kiçik Çan dəfələrlə filmlərdə çəkilib, “Kunq-fu Panda” cizgi filmində o, durnanı səsləndirib.

…read more

From:: ANS