Bakının rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda həyata keçirilən kadastr işləri çərçivəsində Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılıb, Bakının 7 rayonunda kadastr işləri artıq yekunlaşıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, 2015-ci ildə paytaxtın mükəmməl elektron kadastr məlumat bazasının yaradılması, şəhərin rəqəmsal kadastr xəritəsinin tərtibi işi başa çatacaq.

Azərbaycanın 53 rayon mərkəzinin və onlara bitişik iri qəsəbə və kəndlərin ərazilərindəki daşınmaz əmlaklar barəsində sadə modullu elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşıb. Yaxın 4 il ərzində Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisi üzrə daşınmaz əmlakın kadastrı sahəsində işlərin yekunlaşdırılması nəzərdə tutulur. …read more

From:: ANS