Azərbaycanda 16 məmur cinayət başında yaxalanıb

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya faktları ilə bağlı 14 əməliyyat keçirilib. Bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb. Araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb.

2015-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. O qeyd edib ki, intizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olub.

Kamran Əliyev – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi

Bundan əlavə 2015-ci il ərzində baş idarə tərəfindən 460 cinayət işinin ibtidai istintaqı aparılıb. Bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.

K.Əliyev qeyd edib ki, həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla bağlı olub.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində …read more

From:: ANS