Kluni erməni çıxdı

“Erməni soyqırımı beynəlxalq yalandır” sözləri ilə İsveçrədə cəzalandılıran Türkiyə Fəhlə Partiyasının (İP) sədri Doğu Perinçəkə qarşı çıxan erməni cəbhəsində sürpriz ad yer alıb.

ANS PRESS-in məlumatına görə, “erməni soyqırımı”nı inkar etdiyi üçün İsveçrə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə siyasi arenasında idealist fiqur kimi tanınan Doğu Perinçək Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etmişdi.

Onun bu müraciətindən sonra başlanan prosesdə üçüncü tərəf olaraq adı çəkilən Ermənistanı məşhur aktyor Corc Kluni ilə bu yaxınlarda evlənən hüquqşünas Amal Kluni təmsil edəcək.

Yanvarın 28-də keçirilməsi planlaşdırılan növbəti məhkəmədə Kluninin də yer alacağı erməni diasporalarına aid media orqanları tərəfindən açıqlanıb.

Tanınmış hüquqşünas Amal Kluni bundan əvvəl “Wikileaks”ın qurucusu Culiyan Assanc və Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun vəkilliyini edib.

Xatırladaq ki, Perinçək İsveçrədə təzminat cəzasına məhkum edilməsindən sonra, 2008-ci ildə məsələni AİHM-ə qədər çıxarmış və onun İsveçrə əleyhinə qaldırdığı şikayəti təmin edilmişdi. Geridə qoyduğumuz aylarda isə məsələ yenidən gündəmə gətirilərək, üçüncü tərəf kimi Ermənistanın da iştirakı qeydə alınıb. …read more

From:: ANS