Günəşi belə görməmişdiniz (FOTO, VİDEO)

Amerika Milli Kosmik Agentliyi (NASA) dekabrın 19-dan sonra günəşdə baş verən partlayışlardan sonra ötən gecə də günəşdə baş verən radioaktiv dalğalanmaları görüntüləyib. ANS PRESS-in məlumatına görə, “NuSTAR” adlı son dərəcə həssas teleskopun yardımı ilə günəşin səthindəki işıq partlayışlarının foto şəkli çəkilib.

Qeyd edək ki, dekabrın 19-da günəşdə baş vermiş partlayış zamanı yüksək radiasiya yayılmış, yer atmosferi bunun dünyaya çatmasının qarşısını alsa da GPS və peyk sistemlərində qısa müddətli problemlər yaranmışdı.

“NuSTAR”ın bundan sonra da günəşdə baş verən partlayışlarla yanaşı günəş sistemində yaranacaq “qara dəlik”lərin çəkilişlərinə davam edcək.

…read more

From:: ANS