“Cim-Bom”dan 3-cü qələbə (VİDEO)

Türkiyə kubokunun qrup mərhələsində III turun oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, ilk matç günündə 5 qarşılaşma baş tutub.

G qrupunda çıxış edən “Qalatasaray” rəqibi “Diyarbəkir BB”-ni öz meydanında 4:1 hesabı ilə məğlub edib.

“Fənərbaxça” isə öz meydanında “Altınordu” ilə qarşılaşıb. Matçda qonaqlar öncə hesab açsalar da, üstünlüyünü sona qədər qoruya bilməyib. 50-ci dəqiqədə Dieqonun qolu İstanbul klubunu məğlubiyyətdən xilas edib – 1:1.

23 dekabr, Türkiyə kuboku, III tur:

C qrupu
“Karagümrük” – “Mersin İdmanyurdu” – 1:0
Qol: Aktas, 26

E qrupu
“Fənərbaxça” – “Altınordu” – 1:1
Qollar: Balçı, 50, (0:1), Dieqo, 81 (1:1)

D qrupu
“Ankaragücü” – “Karabükspor” – 0:3
Qollar:Kocaklı, 1, Ozkan, 13, Akgün, 28

H qrupu
“Girəsunspor” – “Gənclərbirliyi” – 2:2
Qollar: Muriqi, 18, Aktas, 30 – Celik, 71, Kahveci, 86

G qrupu
“Diyarbəkir BB” – “Qalatasaray” – 1:4
Qollar: Pandev, 31 (0:1), Koç, 43 (1:1), Bruma, 69 (1:2), Adin, 81 (1:3), Kurtuluş, 84 (1:4)

…read more

From:: ANS