Siyəzəndə son vəziyyət (FOTO)

Siyəzən və digər rayonlarda ötən gün baş vermiş akisaylarla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.

ANS TV-nin məlumatına görə, Siyəzəndə bir qrup şəxsin yanvarın 13-də bahalaşma ilə bağlı qeyri-qanuni aksiya keçirmə cəhdindən və bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındıqdan sonra rayonda vəziyyət sabitdir.

Hüquq-mühafizə orqanlarından alınan məlumata görə, aksiya iştirakçıları bir sıra inzibati binalara ziyan vurublar.

“Bir qrup aksiya iştirakçısı yaxınlıqdakı dəmir yolunun üzərinə şpallar yığaraq qəza vəziyyəti yaradıblar. Aksiyanın qarşısının alınması üçün polis və daxili qoşunlar xüsusi vasitələrdən – səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları mülki və polis avtomobillərinə də ziyan vurblar”, – deyə DİN nümayəndəsi Oqtay Kərimov bildirib.

Bir qrup aksiya iştirakçısı yaxınlıqdakı dəmir yolunun üzərinə şpallar yığaraq qəza vəziyyəti yaradıblar.

Aksiyanın qarşısının alınması üçün polis və daxili qoşunlar xüsusi vasitələrdən – səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçıları mülki və polis avtomobillərinə də ziyan vurublar.

DİN-nin nümayəndəsi Oqtay Kərimov bunun bir daha təkrarlanacağına inanmadığını, əgər bu hal bir daha təkrarlanarsa, polis və daxili qoşunların bu cür halların qarşısını alacağını deyir.

Hazırda istintaq bu aksiyaların təşkilatçılarının kimliyini araşdırır.

…read more

From:: ANS