Məkkədə dolu yağdı

Məkkədə yağan dolu hər kəsi təəccübləndirib. ANS PRESS-in məlumatına görə, Məkkədə havanın qəflətən pisləşməsi, kameralarda əks olunan dolu dənələrinin böyüklüyü diqqət çəkir.

Qoz böyüklüyündəki yağan dolunun şəhərin mərkəzinə ciddi zərər verdiyi bildirilib.

Məkkə və Mədinəni birləşdirən yol ilə hərəkət edən sürücülər gördüklərinə inana bilməyiblər. Normalda qış aylarında belə Məkkə şəhərində havanın hərarəti 30 dərəcə olduğu bildirilir.

Qəflətən isə havaların dəyişərək dolu yağması insanlarda təəccüb yaradıb. Bu vəziyyətdən sürücülər maşınlarını saxlayaraq havanın normallaşmasını gözləyiblər.

…read more

From:: ANS