İŞİD-ə dağ çəkdilər

İŞİD terror qruplaşması İraq ordusu ilə mübarizədə itkilərə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, İraqın Səlahəddin vilayətində İraq ordusu qüvvələri və könüllü şiə əsgərlər tərəfindən iki ayrı bölgədə həyata keçirilən əməliyyatlarda İŞİD terror qruplaşmasının nəzarətində olan 2 kənd geri alınıb.

“Tiqritin Əlbu Hişmə və Əl Cəmiyə kəndlərində nəzarət ordu qüvvələrindədir. Əməliyyatlarda ən az 30 İŞİD-çi öldürülüb”, deyə Səlahəddin vilayəti məclisi sədri Əhməd Əl-Kərim bildirib.

Bundan başqa, İŞİD-in ən böyük petrol bölgələrindən olan Beyci şəhəri yaxınlığında da terrorçularla ordu qüvvələri arasında qarşıdurma yaşanmış. Orada da 10-dan çox İŞİD yaraqlısı məhv edilib. …read more

From:: ANS