“Qanlı Yanvar” tələbələri ağlatdı

Rejissor Vahid Mustafa Yevin ərsəyə gətirdiyi “Qanlı Yanvar” filmi 20 Yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində bir sıra ali və orta təhsil müəssisələrində nümayiş edilir.

ANS PRESS-in məlumatına görə, bu gün film Azərbaycan Dillər Universitetinin tələbələrinə təqdim edilib. “Qanlı yanvar” filminin nümayişində universitetin rektor vəzifələrini müvəqqəti olaraq icra edən Dünyamin Yunusov, prorektorlar, müəllimlər və tələbələr, eyni zamanda filmin aktyorları Faiq Mirzəyev və Tamilla Həmidova, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişində iştirak edənlər

Azərbaycan tarixinin ən qanlı səhifələrindən birindən bəhs edən film hamı tərəfindən böyük maraqla qarşılanıb. Tamaşaçılar, xüsusilə tələbələr ekran işini göz yaşları içərisində seyr ediblər.

Nümayiş sona çatdıqdan sonra Dünyamin Yunusov öz təəssüratlarını bölüşüb. “Film bütövlükdə həqiqətləri əks etdirib. Həqiqətən də o zaman ordu şəhərə daxil olub qarşısına keçən hər kəsi öldürür, işıq gələn tərəfə atəş açırdılar. Burada əyləşənlərin çoxu gənc olduğundan bunu xatırlamaz. Amma gənclər “Qanlı Yanvar”a baxmaqla həqiqətləri öyrənə biləcəklər. Bildiyimə görə, film bir çox dünya ölkələrində də nümayiş olunub. Bununla Azərbaycan həqiqətlərini dünya da biləcək. Buna görə başda Vahid Mustafayev olmaqla, bütün ANS Şirkətlər Qrupuna öz dərin təşəkkürümü bildirirəm”, – deyə Dünyamin Yunusov deyib.

Dünyamin Yunusov – Azərbaycan Dillər Universitetinin rektoru vəzifələrini icra edən

Rektor həmçinin filmə görə rejissor Vahid Mustafa Yevi xüsusi mükafatla da təltif etdi. Onun mükafatı filmdə “Nəcəf” rolunu canlandıran Faiq Mirzəyevə təqdim olunub.

Filmin baş qəhrəmanları da “Qanlı Yanvar”dakı rolları və 20 Yanvar faciəsi haqqında tələbələrə qısaca məlumat veriblər.

Filmin rejissorunun mükafatı

Mükafatın təqdimetmə mərasimi

Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Məhərrəmova Əfsanə film haqqında təəssüratlarını ANS PRESS-lə bölüşüb: “İlk dəfədir ki, “Qanlı Yanvar”ı izləyirəm. Çox təsirləndim, hətta ağladığım məqamlar da oldu. Filmdə ən çox məni kövrəldən 2 məqam oldu: biri sevgilisinin ölmüş cəsədini yerdə qoymayan və onu qaldıran oğlanın hərəkətləri, digəri filmin sonunda bir qardaşın digərinin həyatını xilas etmə səhnəsi idi”.

Filmin nümayişi

“Qanlı Yanvar”ın sabah …read more

From:: ANS