Keçmiş icra başçısı 25 il sonra evləndi (FOTO)

Rusiyanın paytaxtı Moskvanın keçmiş meri Yuri Lujkov 25 ildən sonra həyat yoldaşı ilə kilsədə nikaha daxil olub.

ANS PRESS-in məlumatına görə, Moskvanın sabiq meri həyat yoldaşı Yelena Baturina ilə Moskvaətrafındakı evlərinin yaxınlığında yerləşən kilsədə dini adət-ənənənəyə uyğun olaraq evləniblər.

Cütlüyün mərasimi ötən gün baş tutub. Mərasimdən olan foto “Twitter”də yayılıb. 79 yaşlı Yuri Lujkov ilə 52 yaşlı həyat yoldaşı 25 ildən sonra dini qaydalara görə evlənmələrinin səbəbini belə izah ediblər: “Biz o biri dünyada da bir olmaq istəyirik”.

Yuri Lujkov və Yelena Baturina

Yelena Baturina “Forbes” jurnalına görə, Rusiyanın ən zəngin qadınlarındandır. Cütlük 1980-ci ildə tanış olub. Lakin 1991-ci ildə onlar rəsmən evləniblər. Onların 2 qızı var. Bunlar 1992-ci təvəllüdlü Yelena və 1994-cü il təvəllüdlü Olqadır.

Yuri Lujkov və Yelena Baturina – 2006-cı il

Lujkov 1991-ci ilin iyulunda Moskvanın vitse-meri, 1992-ci ildə isə meri seçilib. 2010-cu ilin sentyabrında Rusiyanın NTV kanalında 2 sənədli film nümayiş etdirilib. Bu filmlərdə Lujkova qarşı ciddi ittihamlar irəli sürülüb.

2010-cu il sentyabrın 28-də Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev onu vəzifəsindən azad edib.

Moskvada yerləşən “Lujniki” stadionu Yuri Lujkovun adını daşıyır. …read more

From:: ANS