Siyəzən və digər rayonlarda keçirilən aksiyalarla bağlı rəsmi məlumat

Siyəzən rayonunda qanunsuz aksiya zamanı 55 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən ANS PRESS-ə daxil olan məlumata görə, cari il yanvar ayının 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, Dövlət Başçısı, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində, Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Konkret olaraq, respublika hökumətindən qısa müddətdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması, gündəlik tələbat mallarının qiymətlərinə ciddi nəzarət edilməsi, əmək haqqlarının, pensiyaların və sosial müavinətlərin qaldırılması, bütün sosial proqramların tam icra edilməsi və s. zəruri tədbirlərin görülməsi tələb olunub.

Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi bir vaxtda, obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstəriblər.

Belə ki, 2016-cı il 12-13 yanvar tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilmişdir.

İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törətmişlər. Nəticədə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilmiş, onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnmişdir.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılmışdır.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat …read more

From:: ANS