İndoneziyada 6 partlayış: ölənlər var (FOTO, VİDEO)

İndoneziyanın paytaxtı Cakartada bir neçə partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, Cakartanın bir neçə yerində 6 güclü partlayış və silahlı hücum qeydə alınıb. Xarici KİV-lərin verdiyi məlumata əsasən, hadisə nəticəsində azı 6 nəfər ölüb, onlarla insan xəsarət alıb. Ölənlərinin sayının artacağı deyilir. Həlak olmuşlardan üçünün polis əməkdaşı, üçünün isə dinc vətəndaş olduğu bildirilir.

Terror aktının kim tərəfindən törədildiyi məlum deyil. İlkin məlumata əsasən hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən təşkil olunub. Terrorçular böyük ticarət mərkəzini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar.

Hadisədən görüntülər

Bu barədə “Twitter” sosial şəbəkələrində də məlumatlar yayılıb.

Quiet over a hour. Latest from the window is media drifting closer to operations. Told lockdown to last pic.twitter.com/s6FaPpeT5V

— Jeremy Douglas (@jdouglasSEA) 14 января 2016

“Twitter” sosial şəbəkəsində yayılan məlumatlar

Hal-hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparır.

İndoneziya Cənub-Şərqi Asiyada ən böyük dövlətdir. Rəsmi adı İndoneziya Respublikasıdır. Dünyada sahəsinə görə 16-cı yerdədir. Ən böyük adalar dövlətidir, Zond arxipelağında yerləşir. 230 milyon əhali sayına görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və mürəkkəb tarixi vardır.

Cakarta, İndoneziya …read more

From:: ANS