Türkiyədə qanlı terror: ölən var (FOTO, VİDEO) (YENİLƏNİB)

Diyarbəkirin Çinar rayonunda baş vermiş terror hadisəsi zamanı PKK silahlılarının polis ailələrinin olduğu xidməti evin yaxınlığında partlayıcı maddə ilə yüklənmiş avtomobili partlatdığı bildirilir. Şiddətli partlayış zamanı binanın bir hissəsi uçub, dağıntıların altında qalan bir körpə isə dünyasını dəyişib. Daha 36 nəfərin xəsarət aldığı bildirilir. Ölü və yaralı sayının çoxalacağı istisna olunmur.

***03.22

Türkiyənin Diyarbəkir vilayətində 23 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, vilayətin Çinar rayonunda PKK terrorçuları eyni anda 3 müxtəlif yerə hücum edib.

Yerli vaxtla saat 23.30-da (Bakı vaxtıyla 01.30) terrorçular polis şöbəsi, jamdarm idarəsi və polislərin xidməti mənzillərinə qumbaraatan, iri çaplı silah və küstar üsulla hazırlanmış bomba ilə hücum ediblər. təhlükəsizlik qüvələrinin cavab atəşi ilə tərəflər arasında insident baş verib.

Silahla və qumbaraatanla ilk atəş zamanı 3 nəfəri uşaq olmaqla mülki sakinlər və polislərin olduğu ümumilikdə 23 nəfər ağır yaralanıb. Yaralılar dərhal Çinar rayon dövlət xəstəxanasına çatdırılıblar.

Hücuma məruz qalmış polis şöbəsinin binası istifadəyə yararsız hala düşüb.

Bir müddət davam edən atışmadan sonra terrorçular hadisə yerindən qaçıblar. Qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

View post on imgur.com
Diyarbəkir vilayəti Çinar rayonunun polis şöbəsi …read more

From:: ANS