Abdullayev və Kaladze razılığa gələ bilmədi

“Gürcüstan qaza olan tələbatını yalnız Azərbaycan mavi yanacağı ilə ödəyə bilmir. Çünki SOCAR-ın lazımi qədər qaz ehtiyatı yoxdur. SOCAR bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcək.”

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstanın Energetika naziri Kaxa Kaladze deyib.

Kaladze bildirib ki, Gürcüstan “Qazprom”la bundan sonra da əməkdaşlığı davam etdirəcək:

“Yalnız “Şahdəniz -2” layihəsi reallaşdıqdan sonra (2019-cu ildə) Gürcüstan Azərbaycandan əlavə qaz tədarük edə biləcək”.

Kaxa Kaladze – Gürcüstanın Energetika naziri

Energetika naziri Azərbaycan tərəfinin Gürcüstanda qaz anbarı tikməkdə maraqlı olduğunu bildirib. Artıq bu ildən tikinti işlərinə başlanılacaq. Nazirin sözlərinə görə, Gürcüstanda təbii qazın istehlakı 2012-ci ildən demək olar ki, 38% artıb.

Gürcüstan hazırda özünü üç mənbədən qazla təmin edir. Rəsmi Tiflis gün ərzində SOCAR –dan 6 milyon, “Şahdəniz”dən təxminən 3 milyon kubmetr qaz alır. Rusiyadan isə 2-2,5 milyon kubmetr qaz idxal edir. “Qazprom” Gürcüstana 2014-cü ildə 300 milyon kubmetr qaz satıb. Rusiya Ermənistana ötürdüyü qazının tranzit haqqının əvəzində Gürcüstana “mavi yanacaq”satır.

Bu gün isə qaz məsələsini müzakirə etmək üçün Tiflisdə SOCAR və Gürcüstan rəhbərliyinin görüşü baş tutub. Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib. Bağlı qapılar arxasında keçirilən görüşdə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili və “SOCAR-Georgia”nın rəhbəri Mahir Məmmədov da iştirak edib.

Ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.

2015-ci ilin sentyabr ayından başlayaraq Gürcüstanın Energetika naziri Kaxa Kaladzenin Rusiya və İranla gizli qaz danışları apardığı barədə məlumatlar yayıldı. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, …read more

From:: ANS