Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü (FOTO)

Qusarda sərnişin avtobusu qəzaya uğrayıb. Qəzaya buzlu yol səbəb olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yol qəzası Qusar rayonu ərazisində – Qusar-Xudat yolunun 8 ci km-də baş verib. Xudat istiqamətindən gələn sərnişin mikroavtobusu ilə əks istiqamətdə hərəkət edən VAZ markalı avtomobil toqquşub.

Qazeldə olan 10 sərnişin arasında xəsarət alan olmasa da hər iki avtomobil ciddi zədələnib. Qazelin sürücüsü və sərnişinləri qəfildən minik avtombilinin avtobusun qarşısına çıxdığını deyirlər.

VAZ-ın sürücüsü isə qəzaya səbəb kimi yolun buzlu olmasını göstərdi.

Hadisə yerinə gələn Qusar yol polisi əməkdaşları qəzanın başvermə səbəbini araşdırır.

…read more

From:: ANS