Avstraliyada yenidən terror qorxusu

Avstraliyada terror hədəsinin yüksək səviyyəsi qalmaqdadır.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin baş naziri Toni Ebbot milli təhlükəsizlik məsələləri üzrə komitənin iclasından sonra bildirib.

Baş-nazirin sözlərinə görə, Avstraliya xüsusi xidməti Sidney kafesində girovların saxlanılmasından sonra “terrorçuların danışıqlarında aktivlik” qeydə alıb.

“Ölkədə yeni hücumun baş verməsi mümkündür, ona görə vətəndaşlardan ehtiyatlı olmaları tələb edilir” – deyə Ebbot qeyd edib.

Xatırladaq ki, İranlı mühacir Haron Monis keçən həftə 16 saat ərzində Sidney kafesində 17 nəfəri girov saxlayıb. Polis binaya hücüm etdikdə isə terrorçu öldürülüb. Lakin girovlardan da 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanmışdı. …read more

From:: ANS