Prezidentin ad günüdür (VİDEO)

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Prezidentin Azərbaycanın birinci şəxsi kimi ölkəyə xaricdə qazandırdığı nüfuzdan danışacağıq.

İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Amma o, ilk növbədə Heydər Əliyev məktəbinin şagirdidir. Onun siyasi karyerasında da birincidən çox, ikinci amil mühüm rol oynayıb. Daha doğrusu onu ali məktəbdə aldığı təhsil, Heydər Əlieyev məktəbi üçün baza rolunu oynayıb. 1995-2000-ci illəri – İlham Əliyevin deputatlıq fəaliyyətini yaxşı xatırlayıram. Həmin illərin siyasi fırtınalarında arxa planda qalan İlham Əliyev sübut etdi ki, qələbə yalnız güclülərə yox, həm də səbirli və bacarıqlı olanlara qismət olur. O, liderliyi də öyrəndi, hər kəslə öz dilində danışmağı da.

“Sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Sizin kağız üzərində oxuduğunuz sualı sizə Azərbaycana hücüm etmək marağında olan tərəflər veriblər”.

Belə bir cavabı Sarkisyana da vermişdi. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Praqada keçirilən görüşdə Türkiyənin arxasınca danışan Ermənistan prezidentini İlham Əliyev susdurmuşdu. “Türkiyəli həmkarım burda yoxdu, amma mən varam” demişdi. Əslində bu qardaşı müdafiə etməkdən də çox haqqı müdafiə etmək idi. Çünki bu gün Azərbaycan heç bir böyük və yaxud kiçik qardaşdan asılı deyil. Bir az da obrazlı desək, Azərbaycan coğrafi mövqeyinə görə xəritədə öz yerindədirsə, dünyanın xəritəsində Azərbaycan həm də Cənubi Qafqazın özü deməkdir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun inşasına başlanılması, TAP – TANAP kimi digər layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə söz sahibi edib. Deməli, həm də güc sahibi. Necə deyərlər, zərimiz də var, zorumuz da.

“Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Heç kimin diqtəsi ilə biz oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik. Və prinspial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişədə belə olmalıdır ” – deyə İlham Əliyev bildirib.

2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycanın 155 üzv ölkənin dəstəyini …read more

From:: ANS