Ukrayna NATO və Aİ-yə daxil olacaq

NATO standartlarının həyata keçməsi və ümumxalq referendumundan sonra Ukrayna həm NATO həm də Avropa Birliyinin üzvü olacaq.

ANS PRESS-in məlumatına görə, bu sözləri Polşanın daxili işlər naziri Tomaş Semonyak bildirib.

Nazirin fikrincə Ukrayna NATO standartlarına yaxınlaşmada aktiv işləməlidir. Semonyak əmindir ki, bu qaçılmaz bir prosesdir və Ukrayna NATO və Aİ-yə mütləq daxil olacaq.

Nazir Belarus prezidentinin şərqi Ukrayna münaqişəsinin həlli müzakirələrində iştrakını da müsbət amil kimi qiymətləndirsə də, Belarusun avroatlantik inteqrasiyasından danışmağın tez olduğunu deyib.

Semonyak əlavə edib ki, prezident Lukaşenko çox gözəl bilir ki, onun yolu Putin siyasəti ilə artıq toqquşmur. Qazaxıstan və Belarus kimi ölkələr isə bilməlidirlər ki, Ukraynadan sonra növbəti qurbana çevrilə bilərlər.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, ölkəsi Belarusun AB ölkələri ilə Şərq tərəfdaşlığı çərçivəsində əlaqələrin inkişafına dəstək ola bilər. …read more

From:: ANS