Bakıda bu sakinlər qorxu içində yaşayır (VİDEO)

Tikinti işləri zamanı magistral yol bərbad hala düşüb.

ANS TV-nin məlumatına görə, Bakının Səbail rayonu, Neftçi Qurban küçəsi, 110 ünvanında magistral yolda torpaq sürüşməsi baş verib. Asfalt qatında yaranan bir neçə çat və çöküntü sürücülərə yolda problemlər yaradıb.

Ərazidə yaşayan sakinlər şifahi olaraq dedilər ki, sürüşmə zamanı binalarda çatlar əmələ gəlib. Buna səbəb isə yaxınlıqda gedən tikinti işləridir.

Yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, hüdürmərtəbəli binanın tikintisi zamanı iri bir bünövrə qazılıb ki, bu da yola təsirsiz ötüşməyib. Nəticədə asfalt qatı dağılaraq çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, dəfələrlə bu yolda çökmə hadisəsi qeydə alınıb. Gəlib sadəcə asfalt qatı vurub gediblər. Elə biz də bu problemin həqiqətənmi bina tikintisi üçün qazılan bünövrədən qaynaqlandığını öyrənmək üçün tikinti gedən əraziyə üz tutduq. İlk olaraq bizi qarşılayan şəxs suallarımızdan yayındı və bildirdi ki, bir azdan bizi narahat edən məqamlara aydınlıq gətirmək üçün gələcək.

Biz də cavab eşitmək ümidilə gözlədik. Ancaq məlum oldu ki, qapını da üzümüzə kilitləyiblər. Hər halda bu yoldan keçən sürücülərdən sadəcə ehtiyatlı olmaları xahiş olunur. Çünki günü-gündən sürətlənən torpaq sürüşməsi yolda böyük çatlar əmələ gətirə bilər.

…read more

From:: ANS