Spirtli içkilərin nağd satışına icazə verilməsinin səbəbi (VİDEO)

Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı keçirdiyi müşavirəni iqtisadçı Oqtay Haqverdiyev şərh edib.

– Bu gün prezidentin sərəncamı ilə spirtli içkilər və tütün məmulatlarının nağd pulla ödənilməsinə qoyulan qadağa müvəqqəti aradan qaldırıldı. Bunula bağlı sizin münasibətinizi öyrənmək istərdik.

– Bu qərarın qəbulu çox düzgün idi. Əgər biz nağdsız ödənişi inkişaf etdirmək üçün qarşımıza məqsəd qoymuşuqsa, əlbəttə ki, nədənsə başlamaq lazımdır. Belə hesab ediblər ki, ilk olaraq məhz bundan başlansın. Amma müəyyən oldu ki, bir çox yerlərdə, xüsusilə də rayonlarda buna hazır deyillər. Nəticədə nağd pulla ödənilməsinə qoyulan qadağanın müvəqqəti olaraq aradan qaldırılması ilə bağlı müraciətlər olundu. Qeyd edim ki, bu prosesin icrasına inzibati yox, iqtisadi yolla başlamaq lazımdır. Bu proses yalnız spirtli içki və tütün məhsulları ilə məhdudlaşmamalı, müəyyən ödənişlərin inkişafı üçün stimullaşdırıcı işlər görülməlidir.

Məsələn, Gürcüstanda belə bir praktika mövcuddur. Belə ki, mağazaya daxil olan hər hansı bir şəxs çekini alır. Ayın sonunda o çek lotereya kimi oynanılır. Bundan kimsə, nəsə udur. Nəticədə insanlarda müəyyən qədər maraq yaranır. Əgər qarşıya məqsəd qoyulubsa, buna bənzər stimullarla bu prosesi bir qədər surətləndirmək olar.

– Bildiyiniz kimi müşavirədə dövlət başçısı bir çox əhəmiyətli məsələl’rə toxundu. Çıxışda süni qiymət artımından tutmuş, monopoliyaya qədər bir çox mövzulardan danışdı. Sizcə prezidentin verdiyi tapşırıqları qısa bir müddətdə icra etmək mümkün olacaqmı?

– Ölkə başçısının bundan öncəki çıxışlarından fərqli olaraq bu dəfə cənab prezident bütün sahələrin inkişaf istiqamətlərini göstərdi. Hər bir nazir bundan nəticə çıxartmalı və qeyd olunan məsələlər üzrə işini reallaşdırmalıdır. Bu o məsələlərdır ki, hələ ki öz həllini tapmayıb. İlk olaraq nədən başlamaq lazımdır? İlk öncə idarəetmədən başlamaq lazımdır.

Əgər biz dövlət xərclərini azaltmaq istəyiriksə, o zaman düşünməliyik ki, bizə 20 nazirlik lazımdır, yoxsa lazım deyil. Mövcud nazirliklər bir-birini təkrarlayır, ya yox. Mən işlədiyim vaxtlarda bunun şahidi olmuşam ki, hər bir nazirliyin əsasnaməsi var. Bunların hamısını bir-birinin yanına yığsan, görəcəksən ki, bunlar arasında təkralama çoxdur. …read more

From:: ANS