Bakını dəyişdirən görüntüyə az qaldı

“Yaxın vaxtlarda Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaq. Hazırda göldə müvafiq işlərin aparılması üçün sənədləşdirmə prosesi həyata keçirilir. Yəni layihədə nələrin olacağı, layihənin smetası, mühəndis işləri ilə əlaqədar lazımı sənədlər hazırlanır. Sənədləşmə işi tam başa çatdıqdan sonra isə gölün dibinin təmizlənilməsinə başlanılacaq”.

Bu barədə açıqlamanı ANS PRESS-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev verib. Ümumiyyətlə Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

Abbas Əliyev – İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Bu gölün ekoloji bərpasının ilk mərhələsi 2014-2015-ci illərdə həyata keçirilib. Nəticədə Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazi bərpa olunub, yəni neftlə çirklənmiş sahə təmizlənərək abadlaşdırırlıb. Ərazinin qərb sərhədini müəyyən edən altı xətli magistral şose isə Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi şosesi ilə birləşərək nəqliyyatın yükünü xeyli azaldıb.

Böyükşor gölü

Paralel olaraq bu cür işlər Zığ gölündə də aparılır. Burada da sənədləşmə işləri başa çatdıqdan sonra çirklənmiş ərazilər təmizlənəcək. Yerində isə yaşıllıq zolaqları salınaraq abadlıq işləri görüləcək.

Ölkədə “Ekalogiya ili” elan olunmasından artıq 5 il ötsə də bölgələrlə paralel paytaxtda da, ağacəkmə aksiyası hələ də davam edir. Bu cür aksiyalar əsasən ildə iki dəfə yaz və payız fəsillərində keçirilir. Buna səbəb əkilən ağacların mövsümə uyğun bitməsidir. ETSN -nin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovun sözlərinə görə paytaxtdaki yaşıllıq zolaqları Yaşıllaşdırma idarəsi tərəfindən mütəmadi aparılır.

“Əsasən meşə əmələ gətirən palıd, vələs, fıstıq, akasiya, söyüd ağacları əkilir. Sözsüz ki, iqlim şəraiti nəzərə alinaraq bu ağacların əkilməsi həyata keçirilir. Bunun üçün əlimizdə illik plan olur, plana müvafiq ağaclar əkilir. Məsələn, 3 ha sahədə əkin işləri görülməlidisə, ağacların bitmə prosesinə uyğun olaraq bu …read more

From:: ANS