Bakıda intihar etmək istəyən qadına polis belə müdaxilə etdi (VİDEO)

Paytaxtda daha bir intihar cəhdinin qarşısı alındı.

ANS TV-nin məlumatına görə, Bakıda yerləşən və daha çox intihar körpüsü kimi tanınmış metronun “Koroğlu” stansiyası yaxınlığındakı yol ötürücü körpüyə bu dəfə qadın çıxıb. Bu barədə sosial şəbəkələrdə həvəskar şəkildə çəkilmiş video görüntü də yayılıb. Görüntülərdən göründüyü kimi təxminən orta yaşlarında bir qadın yol ötürücü körpünün kənarına yaxaınlaşaraq sürahilərin üzərinə qalxmağa cəhd göstərir.

Həmin vaxt ərazidə başqa kimsə görünmür. Yalnız yaxınlıqdan keçən avtomobillərdən başqa. Ancaq çox keçmir ki, ərazidə xidmət aparan polis əməkdaşları intihar etmək istədiyi ehtimal olunan qadına yaxınlaşır və onu xidməti avtomobilə əyləşdirərək körpüdən kənarlaşdırırlar.

Ehtimal edilir ki, qadının şəxsiyyətini müəyyən edilməsi və ifadəsinin alıması üçün aidiyyəti polis orqanına aparılıb.

…read more

From:: ANS