ABŞ-da maraqlı oğurluq hadisəsi (VİDEO)

ABŞ-ın Oreqon ştatında maraqlı oğurluq hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, gənc bir oğlan zoomağazaya daxil olaraq, orada ilanlar saxlanan qəfəsdən piton ilanını oğurlayıb. İlanı şalvarında gizlədən oğru aradan çıxmağa müəssər olub. Həmin pitonun qiymətinin 200 dollar civarında olduğu bildirilir. Polis artıq oğrunun axtarışlarına başlayıb.

Görüntüləri anbaan təhlükəsizlik kameralarına düşən oğurluq hadisəsinin videosu internetdə sürətlə yayılıb.

Bənzər hadisə ötən il ABŞ-ın Kanzas əyalətində baş verib. Zoomağazaların birində qiyməti 600 dollar olan piton ilanı müştəri qismində mağazaya daxil olan şəxs tərəfindən oğurlanıb. Oğru ilanı şalvarında gizlədərək mağazadan qaçırıb. …read more

From:: ANS