Regionlara milyonlar qazandıracaq təşəbbüs

“Prezident İlham Əliyevin hələ ötən ilin iyul ayında Nazirlər Kabinetinin iclasında turistlərin ölkəyə cəlb olunması ilə bağlı verdiyi tapşırıqların əsasında artıq turistlərə verilən elektron vizaların sadələşdirilməsi prosesinə başlanılıb. Yəni vizalara baxılma müddəti 10 gündən 5 günə endirilib”.

Bunu ANS PRESS-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib. O, bu istiqamətdə yay aylarından ciddi iş rejimində çalışdıqlarını deyib.

Şöbə müdirinin sözlərinə görə, noyabrın 3-dən etibarən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlər üçün hava limanında sadələşdirilmiş qaydada viza verilməsi tətbiq olunub və bu proses davam etdirilir. Bütün bu viza məsələləri Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilir.

Ötən gün İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bu sahəyə də diqqət cəlb edib. O deyib ki, turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayə cəlb edilməlidir. “Biz dövlət hesabına Şahdağ kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada otellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci otel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, o bölgəni – şimal bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. “Şahdağ” mərkəzi Qəbələ beynəlxalq turizm zonasına çevrilib”.

İlham Əliyev və Mehriban Əliyeva Şahdağ istirahət kompleksində

O deyib ki, indi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. “Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik”.
Dövlət başçısı həmçinin bildirib ki, bütün süni əngəllər, vizalarla bağlı mövcud olan problemlər aradan götürülür.

Nazirlər Kabinetinin iclası

V. Şıxəmmədov deyir ki, turizm zonalarının inkişaf etdirilməsi prosesi müntəzəm olaraq, davam etdirilir. Nazirlik rəsmisi də deyir ki, Şahdağ son 3-4 ildə qış turizm sahəsinin inkişafını göstərən ən gözəl nümunədir. Eləcəcə də, Qəbələdə

From:: ANS