Türkmənistandan tapılan neftçi Tovuzda dəfn ediləcək

“Dünən Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi tərəfindən cəsədi tapılan neftçi 1958-ci il təvəllüdlü Mübariz Dilqəm oğlu Qasımovun meyiti ölkəmizə bu gün gətiriləcək”.

Bu barədə ANS PRESS-ə “Azneft” İstehsalat Birliyində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki yanğınla bağlı yaradılan qərargahdan məlumat veriblər. Bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi və SOCAR-la FHN-in əməkdaşları Türkmənistana getmək üçün son hazırlıq işləri aparırlar:

“Neftçinin meyitini gətirmək üçün yaxın dəqiqələrdə həmin ölkəyə yollanacaqlar. Neftçinin meyiti Azərbaycana gətiriləcək və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılacaq. Orada tibbi müayinə edildikdən sonra isə ailəsinə təhvil veriləcək”.

Qərargahdan onu da əlavə etdilər ki, mərhum paytaxtın Xətai rayonu ərazisində yaşasa da, əslən Tovuz rayonundan olduğu üçün, doğulduğu rayonda dəfn ediləcək.

1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti dünən günorta saatlarında tapılıb. Cəsədin üzərində olan xüsusi geyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.

Türkmənistanın xəritəsi

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. İlk gün bir nəfər ölüb. İtkin düşmüş 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Daha bir nəfərin meyiti (Qasımov İman Şura oğlu) isə dekabrın son günlərində tapılıb.

Bayram ərəfəsində daha iki neftçinin meyiti aşkarlanıb. Meyitlər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğluna məxsus olub.

Yanan platforma

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Budkada 3 nəfər olub.
Hazırda axtarışları davam …read more

From:: ANS