Günün qoroskopu: qeyri-adi nə isə gözləməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.

Buğa – günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.

Əkizlər – birgə fəaliyyətdə rolunuzu və öhdənizə düşən işləri dəqiq planlaşdırın. Belədə nüfuzunuz daha da artar. Nəzərdə tutulmamış gəlir istisna deyil. Yaradıcı insanlar üçün uğurlu zamandır. Məharətinizi nümayiş etdirə bilərsiniz. Uzunmüddətli səfər planlaşdırmayın.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Aktiv işlər planlaşdırmayın. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Qayğı və məhəbbətə ehtiyac duyacaqsınız. Diqqətli, qayğıkeş olun.

Xərçəng – peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün münasib zamandır. Tərəfdaş və şəriklərinizi yeni ideyanızla tanış edin. Məntiqli danışın, laübəli fikirlər söyləyin. Şəxsi əmlakla bağlı məsələlərdə sayıq davranın.
Günün ikinci yarısında yadlar əmlakınıza və maraq arealınıza müdaxilə etmək istəyəcəklər. Müqavimətiniz sərt, ciddi olmalıdır.
Ailə qayğılarına vaxt ayırın. Köhnə əşyalarla yanaşı, mənasını itirmiş əlaqələrdən qurtulmaq zamanıdır. Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun. Kobudluq etməyin. Güclü emosiyalar yalnız zərər vura bilər.

Şir – ən çətin işlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə can atın. İşdə rəhbərliyə müraciət etmək, danışıqlar aparmaq mümkündür. Nüfuzunuzu artırmaq üçün aktiv çalışın.
Praqmat olun. Maliyyə məsələlərində diqqətli davranın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə olan hisslərini açıqlayacaq. Əlaqələri intensivləşdirin. Təmaslarda narahatlıq olarsa, soyuqqanlı olun. Axşam …read more

From:: ANS