DİN yaxınlığında həyəcan

Bakının Səbail rayonunda iki nəfər hamını ayağa qaldırıb. ANS PRESS-in hadisə yerində olan müxbiri Ruslan Eldaroğlunun verdiyi məlumatına görə, hadisə Azərbaycan küçəsində, Daxili İşlər Naziriyinin binasına yaxın ərazidə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyətləri məlum olmayan iki nəfər tikilən hündürmərtəbəli binaya çıxıblar. Onlar tikilməkdə olan 16 mərtəbəli binadan özlərini atmaq istədiklərini bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub.

Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. …read more

From:: ANS

      

Yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlükləri

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərini açıqlayıb.

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş tapşırıqlar yeni nəsil şəxsiyyət vəsiqələrinin köməyi ilə təkcə portal üzərindən “vahid pəncərə” prinsipinin reallaşdırılmasını deyil, eyni zamanda elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını, elektron ticarətin inkişafına kömək etməklə yanaşı, bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsini təmin edəcək.

Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil ediləcəyidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.

Sərəncama əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini, şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin edəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinə şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının …read more

From:: ANS

      

Sürücülərə çox sevincli xəbər

Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi ilə əlaqədar Bakı Dövlət Universiteti (BDU) istiqamətindəki bağlanmış yolların yaxın bir neçə gündən sonra açılması planlaşdırılır.

Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışında (Bakı Dövlət Universiteti tərəfə), yolun üst hissəsində görülən tikinti işlərinin tamamlanması ilə əlaqədar Bəxtiyar Vahabzadə (keçmiş Firudin Ağayev) və Zahid Xəlilov küçələrinin bu ilin sonuna kimi, yəni Yeni il bayramı ərəfəsində açılması və orada nəqliyyatın və piyadaların hərəkətinin bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, adıçəkilən yollar 2012-ci ildən bəri nəqliyyatın hərəkəti üçün qapalıdır. …read more

From:: ANS

      

Azərbaycanda sevilən aktrisaya yarım milyonluq yemək təklifi (FOTO)

Qızılı saçları ilə adını türk kino tariinə yadırmağı bacaran Məryəm Üzərliyə bahalı yemək
təklif edilib. ANS PRESS-in məlumatına görə, Yaxın Şərqdən olan bir ailə aktrisa ilə bir dəfə yemək üçün 500 min avro təklif edib. Məryəm isə “pulu Türkiyədəki uşaq dərnəklərinə bağışlasanız qəbul edərəm” deyə cavab verib. Onun təklifi qəbul edildiyi üçün yaxın günlərdə yemək baş tutmalıdır. Lakin ailənin kim olduğu açıqlanmır.

Hürrəm sultan kimi tanınan aktrisa “tükənmişlik” sindromu adı ilə səssiz-səmirsiz qaçdığı Türkiyəyə 1,5 il sonra geri dönüb. O, ötən gün keçirilən tədbirlərin birinə qatılıb. Tədbir keçirilən otelə yarım saat tez gəldiyi üçün jurnalistlərlə görüşüb. O, hətta üzünü gizlətdiyi qızının telefondakı fotosunu da göstərib. “100 milyon avro versələr də qızımı göstərmərəm. Lara çox safdır. Pul sadəcə bir kağız parçasıdır. Mən Laranı bu dünyadan qoruyacam”.

Aktrisa Türkiyədə məşhurlaşmadan öncə Berlində bir xəstəxanada işlədiyini deyib. Türkiyədən gedəndən sonra da yenidən həmin xəstəxanada işə başlayıb və 2017-ci ilə kimi müqavilə imzalayıb. Lakin yeni serial təklifi gələndən sonra müqaviləni ləğv etdirib.

…read more

From:: ANS

      

Məşhur yazıçının ölüm qeydləri (FOTO)

Türkiyənin məşhur yazarı Əziz Nesinin Sivasda radikal qrupların hücumuna məruz qalarkən qələmə aldığı qeydləri təqdim edilib.

ANS PRESS-in məlumatına görə, 2 iyul 1993-cü il tarixində Pir Sultan Abdal şənliklərinə qatılmaq üçün Sivasa gedən qrup hücuma məruz qalıb. Hadisə zamanı 37 adam həyatını itirib.

Əziz Nesinin əski əlifba ilə yazdığı qeydlər 15 il sonra ortaya çıxıb. “Nesin” fondu qeydləri oxumaq üçün xüsusi araşdırma qrupu yaradıb. Fonddan verilən məlumata görə, qeydləri açmaq çətin olduğu üçün çox sayda insandan ibarət araşdırma qrupu xeyli iş görüb.

“Bu neçənci ölüşüm, xain” sözləri ilə başlayan qeydlərdə aşağıdakı sözlər yer alır:

“Müdhiş bir qışqırıq, qadın qışqırığı … Sonra qorxunc bir səssizlik. Bəli, ölüm səssizliyi… Qısa davam edir”.

Əziz Nesin Sivas hadisələrində dünyasını dəyişmiş şair Mətin Altıokun ölümünü də xatırlayıb:

“Mətin Altıok masada, tam qarşımdaydı. O masada tanıdığım tək adam olduğu üçün, onu heç unutmuram. İnsan bira az sonrasını belə bilmir. Sevimli Mətin Altıokun 20 saat sonra “Madımak” otelində diri-diri yandırılacağını, amma ölməyəcəyini, xəstəxanaya qaldırılıb iki-üç gün daha ağrılar çəkərək, qıvrandıqtan sonra, mürtəcelərin 37-inci qurbanı olaraq öləcəyini necə bilə bilərdim…”

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network