İŞİD-ın HD başkəsimi (VİDEO)

İŞİD terrorçu qruplaşmasının ötən ay dünyanı lərzəyə salan kütləvi edam videosu ilə bağlı maraqlı faktlar üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, 22 suriyalının edam səhnələri 4-6 saata çəkilib, hətta bəzi səhnələr dəfələrlə təkrarlanıb. Video HD kameralarla çəkilib. Onun maliyyəsi isə 200 min dollar civarında olub.

ABD-dakı Terrorizm Araşdırma və Analiz Konsorsiyumu (TRAC) ilə İngiltərədəki düşüncə quruluşu “Quilliam” amerikalı Peter Kassig və 22 suriyalının başkəsmə videosunu analiz edib.

Bu videolar tettorçuların kimliklərini müəyyən etmək, onların belə qədar davranışlarını araşdırmaq üçün anbaan tədqiq edilib.

Analizin nəticələri isə belə olub:
1. İŞİD silahlılarından demək olar ki, hamısının üzü açıqdır. Dəstəyə “Cihatçı Con” adlı üzü maskalı şəxs rəhbərlik edir.

2. Çəkiliş üçün tez-tez terrorçular və qurbanlar yer dəyişiblər. 22 İŞİD-çi Avstraliya, İndoneziya, Malayziya, Filipin, İngiltərə, Belçika, Almaniya kimi ölkələrdəndir.

3. Dəstədən sadəcə bir nəfərin kimliyi bəllidir. O, Fransadan ötən il Suriyaya gedən Maksim Haucharddır. Digər ölkələr öz vətəndaşlarının olub olmadığını araşdırır.

4.Yaxasında mikrofon olan digər iki terrorçunun səsi eşidilmir. Ola bilsin ki, onların səsləri başqa videolarda istifadə edilmək üçün yazılsın.

…read more

From:: ANS

      

Putindən dəyişiklik

Prezident Vladimir Putin Sankt-Peterburqda Konstitusiya Məhkəməsində Rusiyada dekabrın 12-də keçiriləcək Konstitusiya Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edib. O bəyan edib ki, ölkənin əsas qanunu sabit olmalıdır, lakin həyat diqtə edəndə konstitusiyaya düzəlişlər etmək olar.

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı yazıb ki, dövlət başçısı əsas qanun üzərində işin heç vaxt dayanmadığını söyləyib: “Bəzən həyatın özü Əsas qanuna müəyyən düzəlişlərin edilməsini tələb edir. Konstitusiya normalarını daim təhlil etmək və onu sürətlə dəyişən həyat reallıqlarına uyğunlaşdırmaq mühümdür. Mən “canlı konstitusiyanı” yaratdıqları üçün məhkəmənin üzvlərinə minnətdarlığımı bildirirəm. “Canlı konstitusiyanın” yaradılması yeni şərhlərin sayəsində mətnin sabitliyinin qoruyub saxlaması deməkdir. Beləliklə, konstitutsiya daha tutumlu, daha müasir olur.”

Xatırladaq ki, 2008-ci ildə Dövlət Duması prezidentlik müddətini 4 ildən altı ilə, dumanın səlahiyyətlərini isə 4 ildən 5 ilədək uzadan qanunlar qəbul edib. Təbiidir ki, bu qanunlar qəbuil edilərkən konstitusiyaya da “əl gəzdirmək” lazım gəlib.

Mətbuat yazır ki, Rusiyanın hazırkı konstitusiyası Putinin 2000-ci ildə əl qoyub and içdiyi əsas qanundan tanınmaz dərəcədə fərqlənir. Müxalifət elə o vaxtda hakimiyyəti konstitusiyaya referendum keçirmədən dəyişikliklər olunmasınına görə tənqid edirdi.

Rusiya Konstitusiyasına ikinci ən ciddi düzəliş 2014-cü ilin əvvəllərində edilib. Konstitusiyaya edilmiş bu düzəlişə əsasən Ali və Ali Arbitraj məhkəmələri birləşdirilib. …read more

From:: ANS

      

Azərbaycanda kütləvi dava: ölümcül döyülən var

Ötən gün Gədəbəy rayonunda kütləvi dava baş verib.

Gədəbəy rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, dava zamanı bir nəfər ölümcül düyülüb.

Hadisə Dəyirmandağ kəndində olub. Kənd sakini 23 yaşlı Elşən Alıyev dava zamanı möhkəm döyülüb. Onu ölümcül vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Vəziyyəti ağır olduğundan onu reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisəni araşdıran müstəntiq Ramiz Əliyev ANS PRESS-ə açıqlamasında davada bir neçə şəxsin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, hazırda davanın səbəbləri və dava iştirakçılarının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hazırda Gədəbəy polisi kütləvi davanın iştirakçılarının müəyən edilib saxlanılması istiqamətində əməliyyat – axtarış tədbirlərini davam etdirir. …read more

From:: ANS

      

Delhi to ban all internet taxi firms after Uber rape claim

NEW DELHI (Reuters) – India’s capital has decided to ban all internet-based taxi firms after a female passenger reported she was raped by a driver contracted to U.S. online cab company Uber, a government official said on Tuesday.The Delhi transport department issued a public notice in a national daily stating that only six registered radio taxi companies are allowed to operate in New Delhi.

…read more

From:: Reuters – World

      

Bakıda reyd zamanı 10 sərxoş qadın sürücü saxlanılıb

Kiminə görə onlar yolların qənimi, qəzaların səbəbkarı, kiminə görə isə kişilərdən daha ehtiyatlı və peşəkardılar. Söhbət sükan arxasında olan xanımlardan gedir. Son illər qadın sürücülərin sayı rekord səviyyədə artıb. Paraleldə isə onların törətdiyi qəzalar, pozduqları yol hərəkət qaydaları çoxalıb. Təkcə şər qarışanda keçirilən son reydlər zamanı, 10 sərxoş qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.

Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xanım sürücülər arasında sürət həddini aşanların da oldüğunu bildirdi. Amma buna baxmayaraq yenə də üstünlüyü sərxoş qadınlar ələ alıb.

BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədov bildirir ki, sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib.

Qaydalara riayət etməyən, kobud şəkildə pozan, həm də sükan arxasında əyləşən yeniyetmə və gənclərdir. Təkcə ilin əvvəlindən bu günə kimi sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib. Heç şübhəsiz bu cür sürücülər tərəfindən törədilən qəzalar ölümsüz ötüşməyib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sərxoş sürücülərə qarşı reydlərin mütəmadi aparılacağını bildirdi.

Onu da deyim ki avtomobili sərxoş şəkildə idarə edən şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar. Əgər bu hal dəfələrlə təkrarlanarsa həmin sürücünün sürücülük hüququ məhdudlaşdırılır. …read more

From:: ANS

      

3 sərhədçi şəhid oldu

Türkiyənin Suriya ilə sərhəddində yerləşən Şanlıurfa vilayətinin Ceylanpınar rayonu qarşı tərəfdən atəşə tutulub. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın Telhanzır kəndindən açılan atəş nəticəsində 3 türk sərhədçi şəhid olub.

Hadisə yerli vaxtla saat 00.30-da (Bakı vaxtıyla 02.30) Ceylanpınar rayon mərkəzindən 15 km uzaqda yerləşən Göyçayır məhəlləsində baş verib.

Atəş açılmasından sonra bölgəyə Ceylanpınar və Şanlıurfadan çox sayda xüsusi təyinatlı əsgər cəlb olunub və sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, Telhanzır kəndi son günlər İŞİD terrorçuları ilə YPG-lilər arasında insidentin davam etdiyi bölqə halına gəlib. …read more

From:: ANS

      

Bakıda asfalt zavodunda yanğın baş verib

Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki asfalt beton zavodunda yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin Qaradağ rayon hissəsininin canlı qüvvəsi və texnikası cəlb olunub. İlkin araşdırmalar zamanı məlum olub ki, yanğına texnika üçün istifadə olunan yağın qəfil alışması səbəb olub. Qısa zamanda yanğının qarşısı alınıb. Alovun digər tikililərə keçməsi əngəllənib. Yanğın zaman xəsarət alana olmayıb

Artıq hadisə ilə bağlı FHN məlumat yayıb. Məlumata görə, yanğın zamanı asfalt zavodunun ərazisində həcmi 3 kub.m olan 1ədəd boru qazanxananın içərisində və bitum çənlərinin ətrafına dağılıb. Bitum qalıqları 100 kv.m. sahədə yanıb. Yanğından yaxınlıqdakı 3 ədəd 60 və 2 ədəd 35 tonluq bitum çənləri mühafizə olunub. Faktla bağlı dövlət yanğından mühafizə xidmətinin Qaradağ rayon hissəsində araşdırma aparılır. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network