Cəbhə xəttində gərgin atışma

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şıxlar, Cəvahirli, Şirvanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub …read more

From:: ANS

      

Estoniya ruslara qarşı rus dilində kanal açır

Estoniya baş naziri Taavi Rıvays Vaşinqtonda Atlantik birliyində çıxış edərkən bildirib ki, ölkəsi siyasətçilərin təsiri altında olmayan rus dilində televiziya kanalı açacaq.

ANS PRESS-in məlumatına görə, nazir bu kanalın CNN və ya BBC ola biləcəyini deyib.

“(Estoniyada yayımlanan) Rusiya kanalları öz hadisələrini və öz həqiqətlərini danışır və bu nəinki Estoniyada yaşayan rusdilli insanlarının eləcə də London və ABŞ-a da aid problemdir. Onların öz dillərində xəbərə baxmağı xoşuna gəlir və bu da məntiqidir”- deyə baş nazir bildirib.

Rıvays hesab edir ki, buna həll kimi rus dilində yerli kanalların açılışı ola bilər.

“Oyun qaydalarını həqiqi dəyişməsinə kömək kimi rus dilində keyfiyyətli, hansısa siyasətçilərin təsirinə məruz qalmayan CNN və ya BBC telekanalının yaradılması ola bilər. Sadə rus dilində xəbər kanalı”- deyə o bildirib.

Qeyd edək ki, Estoniyada yaşayan 1,3 milyon insanın 100 mini rusiya vətəndaşlığına malikdir. 90 min insan isə məxsusi vətəndaşlığa malik deyillər. …read more

From:: ANS

      

ASAN xidmət Hacıqabulda

“ASAN xidmət”in səyyar xidməti Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar işlərin səmərəli təşkili üçün Hacıqabul rayonunda işlərə başlayıb. Yevlax və Goranboy rayonlarında isə işlər davam edir.

Bu barədə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov deyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin 2014-cü il 10 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bu boru kəməri keçəcək ərazilərdə müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün bəzi xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsinin təşkil edilməsi tapşırılıb.

Sentyabrın 20-dən Fərmandan irəli gələn məsələlərin icrasına başlanılıb. Həmin gündən bu günədək artıq 7 rayonda işlər yekunlaşıb. Gələcəkdə 4 rayonda – Samux, Şəmkir, Tovuz və Ağstafada bu layihə ilə əlaqədar işlər həyata keçiriləcək. …read more

From:: ANS

      

Poroşenkonun Rusiyadan istəyi

Ukrayna prezidenti Petro Poroşenko yenidən ölkənin cənub-şərqində baş verən qarşıdurmada Rusiyanı ittiham edib.

ANS PRESS-in məlumatına görə, Avstraliya baş naziri Toni Ebbotla birgə mətbuat konfransı zamanı Poroşenko “Xahiş edirəm atəşi dayandırın, xahiş edirəm girovları azad edin, xahiş edirəm mənim ərazimdən ordunu çıxarın”- dedi.

Bundan əlavə Poroşenko Rusiyadan sərhədləri bağlamağı da xahiş edib.

“Xahiş edirəm sərhəddi bağlayın. Mən söz verirəm, siz sərhədləri bağlasaz bu bir-iki həftə ərzində Ukraynaya stabillik və sülh gətirəcək”- deyə Poroşenko bildirib.

Lakin iki lider təkcə sülhdən söhbət etməyiblər. Prezidentin saytında qeyd edilib ki, Avstraliya baş-naziri Ukrayna ordusuna 2 milyonluq kömək edəcəyini söz verib.

Poroşenko öz növbəsində Beynəlxalq Valyuta Fondu vasitəsilə Avstraliyanın 100 milyonluq maliyyə yardımı və orduya verilən dəstəyə görə Avstraliyalı nazirə minnətdarlığını bildirib. …read more

From:: ANS

      

Bakıda 3 nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatları

Ötən gün gecə saatlarında Bakının Xəzər rayonunun Türkan qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 48 yaşlı Saxəddin Hacıyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil yol kənarında dayanan “MAZ” markalı yük avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən “Jiquli” deformasiyaya uğrayıb.

Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət avadanlıqların köməkliyi ilə avtomobildə sıxılıb qalan sürücü və iki sərnişini – 37 yaşlı İsgəndərov Qüdrət Ziyəddin oğlu və 21 yaşlı İbiyev Cəlal Şüveyd oğlunun meyidini çıxara biliblər. Maşında olan daha bir sərnişin 21 yaşlı Hüseynov Vüqar İbrahim oğlu isə xəsarət aldığından ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimala görə, qəza yüksək sürət və yolun qaranlıq olması səbəbindən baş verib.

Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanıb. Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki və tibbi ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir. …read more

From:: ANS

      

17 min ev işıqsız qaldı (VİDEO)

Böyük Britaniyanın şimal-qərb rayonları güclü qasırğanın əsirinə çevrilib.

ANS PRESS-in məlumatına görə, təkcə Şotlandiyada 17 min ev işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsinə, güclü küləyin sürətinin bəzən saatda 100-130 kilometrə çatması səbəb olub.

Bəzi qraflıqlarda bir çox yol və körpülərin bağlanması nəticəsində avtomobil və dəmir yollarında hərəkət iflic vəziyyətinə çatıb. Təhlükəsizlik məqsədi ilə Şotlandiyadan Şimali İrlandiyaya gedən paromların fəaliyyəti dayandırılıb.

…read more

From:: ANS

      

BAK diaspor təşkilatları ilə əməkdaşlığı inkişaf etdirir

Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Benilüks məkanında fəaliyyət göstərən digər ölkələrin təmsilçiləri ilə əməkdaşlığını inkişaf etdirir, onlarla birlikdə müxtəlif tədbirlər keçirir. BAK-ın Qazaxıstan səfirliyi ilə birlikdə Niderlandın Rotterdam şəhərində Qazaxıstan Prezidenti gününə həsr olunan tədbirin təşkilində yaxından iştirak etməsi bunun bariz nümunəsidir.

Qazaxıstan, Azərbaycan, Türkiyə, Latviya, Litva, yəhudi diasporu ilə yanaşı, yerli ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Prezident Nursultan Nazerbayevin həyatına həsr edilən sənədli film nümayiş olunub.

Mərasimdə çıxış edən BAK-ın sədri Sahil Qasımov türk xalqlarının qədim dostluğundan, ölkələrimiz arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafından bəhs edib.

Qazaxıstanın Haaqadakı səfiri M.Murzamadiyeva tədbirin keçirilməsində xüsusi fəallıq göstərdiklərinə görə BAK-ın rəhbərliyinə və üzvlərinə, habelə digər diaspor təmsilçilərinə təşəkkürünü bildirib.

Sonda S.Qasımov ölkələr və türk diasporları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə rəhbərlik etdiyi təşkilatın I dərəcəli diplomunu təqdim edib. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network