Həbsxana mühafizəçiləri məhkumdan hamilə qaldı (FOTO)

Amerika həbsxanalarından birində dörd mühafizəçi qadın bir məhkumdan hamilə qalıb.

ANS PRESS-in məlumatına görə, görünməmiş hadisə Baltimor şəhər həbsxanasında baş verib. Cinayətkar qrupun başçısı və həbsxanada böyük nüfuza malik olan məhkum bu tərbiyə müəssisəsinin eyni zamanda dörd mühafizəçi qadınının sevgilisi olub. Üstəlik qadınların dördü də ondan hamilə qalıb.

Maraqlıdır ki, mühafizəçi qadınların ikisinin bədənində onun şərəfinə “Tavon” döyməsi var. Bu döymə onların birinin boyun nahiyəsində, digərinin isə biləyindədir.

Polis indi faktla bağlı araşdırma aparır. Bu mühafizəçilər onlarla əlbir olanlarla birgə maaşları ödənilmədən işdən qovulublar.

Qeyd edək ki, məhkum Tavon Vayt mühafizəçilərə maşınlar və brilliant üzüklər daxil olmaqla bahalı hədiyyələr verərək özünə cəlb edib. Məlumata görə, Vayt digər məhkumlara norkotik maddələrin və mobil telefonların çatdırılmasını təmin edirmiş. Onun aylıq gəliri 16 min dollar olub.

FBİ-ın agentlərindən biri bildirib ki, həbsxana tamamilə onun nəzarəti altında olub. Cinayətkar oranı “ özünün həbsxanası” adlandırıb.

…read more

From:: ANS

      

İrəvanda müxalifətçilərin maşınları kütləvi şəkildə yandırılıb

Son günlər İrəvanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb.

APA-nın Azadlıq Radiosunun Ermənistan xidmətinə istinadən verdiyi xəbərə görə, yandırılan maşınlardan 5-i “Predparlament” hərəkatının üzvlərinə məxsus olub və hamısı gecə saat 4-5 arasında yandırılıb.

Əmlakına zərər vurulanlar etirazlarını bildirmək üçün İrəvan şəhər polis idarəsinin qarşısına toplaşıblar. Zərərçəkmiş Vartan Akopyan deyib ki, maşınların hamısı oxşar üsulla yandırılıb: “Bu isə hadisəni eyni cinayətkar qrupun törətdiyini deməyə əsas verir. Karo Engikyanın maşınından başqa digər maşınların hamısının arxa təkərinə maye tökərək yandırıblar. Ona görə arxa təkəri yandırırlar ki, benzin çəni və ya qaz balonu partlasın və maşın tamamilə yansın”.

Onun dediyin görə, maşınlardan biri Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin, digəri polisin idarəsinin binasının qarşısında, qalanları isə həyətlərdə yandırılıb.

V. Akopyan bildirib ki, maşınların üstündə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıb. Həmin maşınlar bir həftə öncə İrəvanda keçirilmiş “Rejimsiz yüzillik” etiraz yürüşünə də qatılıblarmış: “Ermənistan xan rejiminin total nəzarəti altındadır. Bu hadisələri də kriminal elementlərlə çulğaşmış Ermənistan rejimi törədir. Rejim bununla üsyana qalxmış vətəndaşı qorxutmaq istəyir”.

Erməni müxalifətçiləri törədilmiş hadisədə polisi və xüsusi xidmət orqanlarını ittiham ediblər. Onlar buna sübut kimi polisin müraciətlərini diqqətə almamasını və araşdırma aparılmamasını göstəriblər.

İrəvan polisindən isə hadisənin araşdırıldığı bildirilib. …read more

From:: ANS

      

Moldovada parlament seçilir

Moldovada bu gün parlament seçkiləri keçirilir. Moldovanlar sonradan ölkənin yeni hökumətini təşkil edəcək qanunvericilik orqanının millət vəkillərini seçirlər.

ANS PRESS-in məlumatına görə, Moldovanın Azərbaycanda yaşayan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb.. Azərbaycanda yaşayan Moldova vətəndaşları səslərini verirlər.

Seçki məntəqəsinin rəhbəri Georgiy Botan bildirib ki, səsvermədə Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak edirlər.

Seçkidə iştirak etmək üçün Moldova vətəndaşlarının xarici pasport və ya dənizçi pasportunu özləri ilə götürmələri vacibdir. …read more

From:: ANS

      

Bakıda 49 yaşlı qadın 36 yaşlı kişini aldatdı

Bakıda daha bir dələduzluq faktı qeydə alınıb.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, 1978-ci ildə Qubada anadan olmuş Ağamalıyev Əflatun Comərd oğlu polisə müraciət edərək xeyli miqdarda pulunun mənimsənildiyini deyib.

Ə.Ağamalıyev qeyd edib ki, bu il avqustun 27-də tanışı, Ağdamda anadan olmuş 49 yaşlı Əliyeva Təranə Mirzə qızına işə düzəlmək üçün pul verib. Lermontov küçəsi 3 ünvanının qarşısında həmin qadınla görüşən 36 yaşlı kişi ona 1250 manat pul verib.

Lakin qadın vədinə əməl etməyib. Ə.Ağamalıyev nə qədər çalışsa da, T.Əliyevadan pulu geri ala bilməyib.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS

      

Bakıda evə soxulub 17 yaşlı qızı zorladılar

Bakıda 17 yaşlı qız cinsi zorakılığa məruz qalıb.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, Salyan rayon sakini olan, 1997-ci il təvəllüdlü Fidan Teyyubova (ad və soyad şərtidir) 8-ci Polis Bölməsinə gələrək başına gələn hadisə ilə bağlı məlumat verib. 17 yaşlı qız bildirib ki, Səbail rayonu, Salyan yolu küçəsi 27 ünvanında kirayədə yaşayır. Noyabrın 22-də gecə saatlarında o, evdə tək olarkən tanımadığı şəxs mənzilə daxil olub.

F.Teyyubova qeyd edib ki, həmin şəxs evə soxulandan az sonra onu tanıyıb. Bu, qızın Salyan rayonundan olan həmkəndlisi İsmayılov Elməddin Nizaməddin oğlu olub. E.İsmayılov sərxoş vəziyyətdə olub. 17 yaşlı qız bildirib ki, həmkəndlisi onu döyüb və zor tətbiq edərək cinsi əlaqəyə məcbur edib.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS

      

Bakıda 10°- dək isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftənin ilk iş gününün hava proqnozunu açıqlayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək. Gündüz şimal-qərb küləyi 9-14 m/s təşkil edəcək, axşama doğru arabir 18-23 m/s-dək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, havanın temperaturu gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək – 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° …read more

From:: ANS

      

6 yaşlı bakılı rejissor (VİDEO)

Bakı sakini, 6 yaşlı Mələk Bağıyeva öz istedadı ilə heyrətləndirir.

ANS PRESS-in məlumatına görə, Bülbül adına orta ixtisas məktəbində oxuyan balaca Mələk hər şeydən öncə rejissor kimi tanınır.

Onun rejissorluğu ilə çəkilmiş sosial yönümlü film “24 kadr” qısametrajlı film festivalinda ən gənc rejissor diplomuna layiq görülüb.

Çəkdiyi və əsas qəhrəman rolunu oynadığı filmində böyüklərə mesaj atan kiçik rejissor artıq bir neçə bədii filmdə də epizodik rollarda çəkilib.

Amma balaca Mələyin ən çox sevdiyi sahə bəstəkarlıqdır. Artıq onun 2 musiqi əsəri işiq üzü görüb.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network