“Əl-Qaidə” ingilis jurnalisti öldürməklə hədələdi (VİDEO)

“Əl-Qaidə” terror təşkilatı bir müddət əvvəl Yəməndə girov götürülən Amerika Birləşmiş Ştatları vətəndaşı Luk Somersin videogörüntülərini yayımlayıb.

ANS TV-nin məlumatına görə, ingilis əsilli fotojurnalist “Yəmən Times” qəzetində fəaliyyət göstərib. “Associated Press” xəbər agentliyinin məlumatına görə, terrorçular Amerika hökuməti qarşısında müəyyən tələblər qoyublar. Bu tələblərin nə olduğu açıqlanmayıb. Lakin qruplaşma üzvləri tələbələri yerinə yetirilməyəcəyi təqdirdə girovu öldürəcəklərini bəyan ediblər.

Luk Somers videogörüntüdə 33 yaşı olduğunu və Böyük Britaniya əsilli olduğunu qeyd edir. Luk Somers 2013-cü ilin sentyabr ayında Yəmənin paytaxtı Sənada “Əl-Qaidə” qruplaşmasının əlinə girov düşüb.

Amerika Hərbi Qüvvələri ötən ay Somers və digər bir neçə girovun xilas edilməsi üçün Yəmənin təhlükəsizlik qüvvələrilə birgə əməliyyat keçirmiş, lakin əməliyyatlar uğursuz olmuşdu.

…read more

From:: ANS

      

Prosineçkinin köməkçiləri müəyyənləşdi

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin yerli köməkçiləri dəqiqləşib.

ANS PRESS-in məlumatına görə, xorvat mütəxəssisə 3 azərbaycanlı məşqçi kömək edəcək.

Belə ki, Prosineçkiyə Mahmud Qurbanovla yanaşı, Elxan Abdullayev və Faiq Əzizov yarım edəcək. Əzizov qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Prosineçki ilə üç illik müqavilə imzalanıb. …read more

From:: ANS

      

Azərbaycanda bank satışa çıxarıldı (VİDEO)

Ölkədə fəaliyyət göstərən banklardan biri Mərkəzi Bankın məcmu kapitalı 50 milyon manata çatdırmaq tələbini yerinə yetirə bilmədiyinə görə, satışa çıxarılıb.

ANS TV-nin “Fins.az”a istinadən verdiyi məlumata görə, bu indiyədək bank sektorunda o qədər də tanınmayan “Eurobank”dır. Bankın səhmlərinin yarıdan çoxu kənar səhmdara satılacaq. Hazırda bankın məcmu kapitalı cəmi 7,5 milyon manatdır.

Fəaliyyətini davam etdirmək üçün quruma 42,5 milyon manat lazımdır. Səhmlərin iri holdinqlərdən birinə satılacağı bildirilir. Mərkəzi Bankın qərarına görə, ilin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya başqa banka birləşməli, ya bank olmayan kredit təşkilatına çevrilməli, ən pis halda isə bağlanmalı olacaqlar.

…read more

From:: ANS

      

Ağır yol qəzası: ölənlər var

Bu gün axşam saat 21.00 radələrində Bakı-Qazax avtomagistralının 340-cı km-də, Goranboy rayonunun Borsunlu kəndi ərazisində ağır zəncirvari yol-qəza hadisəsi baş verib.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, eyni istiqamətdə hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Hundai Santa Fe” markalı nəqliyyat vasitəsi toqquşub.

Nəticədə “VAZ 21011” – də olan, hələlik adları məlum olmayan sürücü və biri azyaşlı olmaqla iki sərnişin hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verən zaman yolun kənarında dayanıb, hadisəyə şahidlik edən 3 avtomobil isə zəncirvari qəzaya səbəb olub.

Nəticədə xəsarət alan olmasa da avtomobillərə xeyli ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırmalar aparılır. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network